"Metroda xidmət yüksək səviyyədə təşkil olunmayıb" - Fazil Mustafa

 12:35 16.06.2023     364

"Bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir".

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa taksilərlə bağlı qanunvericiliyin müzakirəsi zamanı deyib.

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin? Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik", - deyə millət vəkili vurğulayıb.

T.İSMAYIL