Dövlət Agentliyinin sədri xaricdəki azərbaycanlı həkimlərə çağırış etdi

 13:18 17.06.2023     924

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xaricdə yaşayan azərbaycanlı həkimlərə çağırış edib.

Redaktor.az xəbər verir ki, Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxış edən Z.Əliyev tədbirdə iştirak edən dünyadakı azərbaycanlı həkimləri Azərbaycanda işləməyə dəvət edib.

“Artıq Azərbaycan çox inkişaf edib. Bizim insan kapitalına ehtiyacımız var. Sizləri Azərbaycanda birgünlük yox, gələcəkdə daimi görmək istərdik”, - deyə o qeyd edib.