Qurban bayramına görə bütün müavinətlər tez ÖDƏNİLƏCƏK
![](https://img.redaktor.az/news/2023/06/photo_206614.jpg?v=MDg6MTIyMDIzLTA2LTE5IDEwOjE1OjEw)
Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.
Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.