Avtobuslarda gediş haqqını bank kartları ilə ödəyəcəyik - Vaxt açıqlandı
![](https://img.redaktor.az/news/2023/06/photo_206747.jpg?v=MDg6MjIyMDIzLTA2LTIwIDExOjM1OjE0)
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
Redaktor.az-ın məlumatına görə, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Dediyinə görə, hazırda bu istiqamətdə iş aparılır:
"Bu ilin sonuna kimi "BakıKart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək".