Komitə sədrindən dərman qiymətləri ilə bağlı TƏKLİF

 13:59 23.06.2023     476

Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.