İyunda sosial yardımın məbləği artıb
![](https://img.redaktor.az/news/2023/07/photo_208445.jpg)
Cari ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33,05 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462,1 manat təşkil edib.
![2](https://img.redaktor.az/gallery/2023/07/208445_64a7b84f926a2.jpg)