Biləsuvarda təbii qaz xəttində görüləcək işlər təxirə salındı - YENİLƏNİB
Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.
Bu barədə Redaktor.az-a Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata əsasən sabah aparılması nəzərdə tutumuş sınaq işlərinin vaxtının növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.
****
10:45
Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə report-un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.
"Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər", - deyə məlumatda qeyd olunub.