Deputat Bakıda orta aylıq əməkhaqqının 1174 manat olmasına aydınlıq GƏTİRDİ

 18:01 10.08.2023     889

Xəbər verdiyimiz kimi, bu gün Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb. Belə ki, paytaxt əhalisinin orta aylıq əməkhaqqı 1174,5 manat təşkil edib.

2023-cü ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.

Qeyd edək ki, bu statistika sosial şəbəkədə birmənalı qarşılanmayıb. İnsanlar hesab edirlər ki, orta aylıq maaş bu qədər ola bilməz.

Maraqlıdır, orta aylıq əmək haqqı hansı üsulla müəyyənləşir? Ümumiyyətlə əhali bu iradında nə qədər haqlıdır?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Redaktor.az-a danışdı.

Deputat dedi ki, Dövlət Statistika Komitəsi tərəfindən Bakıda orta aylıq əmək haqqının 1174 manat olduğunu açıqlaması tam məntiqlidir:

“Çünki, orta aylıq əmək haqqı ilə minimum əməkhaqqını bir-birinə qarışdırmaq olmaz. 2023- cü ildə minimum əməkhaqqı 345 manat təsdiqlənmişdir. Orta aylıq əmək haqqını Bakı şəhəri üzrə ödənilən ümumi əmək haqqı məbləğini işləyənlərin sayına bölməklə hesablanır. Bakıda neftdə və özəl şirkətlərdə yüksək əməkhaqqı ilə işləyənlərin sayı yüzminlərlədir. O cümlədən dövlət sektorunda bir çox sahələrdə əmək haqları 1000 manatdan yuxarıdır. Bütün bunları nəzərə alaraq statistika komitəsinin açıqladığı rəqəmi düzgün olmadığını hesab edənlər minimum əmək haqqı ilə orta əməkhaqqını qarışdırdığını hesab edirəm”.

Humay İSGƏNDƏRLİ