Səfərbərlik Xidməti həkim və tibb işçiləri AXTARIR

 14:42 21.08.2023     575

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri dəvət olunur:

  • Həkim-terapevt
  • Həkim-nevropatoloq
  • Həkim-psixiatr
  • Həkim-otorinolarinqoloq
  • Həkim-dermatoveneroloq
  • Həkim-cərrah
  • Həkim-oftalmoloq
  • Həkim-rentgenoloq və texnik
  • USM (ultrason müayinəsi) mütəxəssisi
  • Elektrokardioqrafiya
  • Exokardioqrafiya
  • Elektroensefaloqrafiya-funksional diaqnostika

Vakansiyalar üzrə müraciət etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya anketi doldura bilərlər (https://exidmet.seferberlik.gov.az/UnregisteredApplication/Create). Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir. Ətraflı məlumat üçün Çağrı Mərkəzinə zəng vura bilərsiniz – 9100.