2 uşaq atası olan parkinson xəstəsinin dəstəyə ehtiyacı var - VİDEO

 14:07 09.09.2023     785

Aqil Bədəlovun sağalması üçün dəstəyə ehtiyacı var.

Bu barədə Redaktor.az-a onun həyat yoldaşı Aytən Bədəlova məlumat verib.

O, bildirib ki, həyat yoldaşı parkinson xəstəliyindən əziyyət çəkir:

"Yoldaşımın 36 yaşı var, 5 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. İmkanımız olmadığından qohumların dəstəyi ilə illərdir müalicə alır. Amma müalicələrin heç bir nəticəsi yoxdur. Dərmanların heç bir nəticəsi olmadığından və halı günü gündən pisləşdiyinə görə həkimlər əməliyyatın vacib olduğunu bildirirlər. Bu əməliyyat Türkiyədə 25 min dollardır. Əməliyyat üçün isə bizim pulumuz yoxdur. Tək gəlir yeri qayınanamın pensiyasıdır".

A.Bədəlova yoldaşının sağalması üçün yardımsevərlərdən kömək istəyir:

"İki balaca övladım var, onları atasız qoymayın. Yoldaşım əməliyyat olunarsa, beyninə pil yerləşdirilərsə, 70-80% faiz yaxşılaşacaq".

Qeyd edək ki, xəstəliyin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb-qarşılanmamasını öyrənmək üçün qurumla əlaqə saxladıq.

Bildirildi ki, Xidmətlər Zərfində bu əməliyyat yoxdur:

"Qeyd edilən əməliyyat İcbari Tibbi Sığorta tərəfindən qarşılanmır".

Ailəyə yardım və dəstək üçün qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055 691 11 46)

222