Yeni Salyan yolu 20 ünvanındakı binadakı mənzillər bu şəxslərə veriləcək - RƏSMİ

 15:41 25.08.2023     391

Sosial şəbəkələrdə tikintisi jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı açıqlama verib.

"Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - deyə nazirlik sözçüsü bildirib.