Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
![](https://img.redaktor.az/news/2023/09/photo_216810.jpg?v=MTA6NDkyMDIzLTA5LTIyIDE3OjIxOjQz)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Redaktor.az-a DSMF-dən xəbər verilib.