Köhnə avtobusların xəttə buraxılması narazılıq yaratdı - "Xaliq Faiqoğlu"dan AÇIQLAMA

 15:14 26.09.2023     436

Son bir həftədir ki, "Xaliq Faiqoğlu" şirkətinə məxsus "9", "139", "199" nömrəli marşrut xətti üzrə köhnə avtobusların hərəkətdə olduğu müşahidə ediliməkdədir. Bununla bağlı oxucularımız Redaktor.az-a şikayətlərini ünvanlayıblar.

Məsələ ilə bağlı "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayevlə əlaqə saxladıq.

O, bildirdi ki, sentyabr ayından etibarən sərnişin tələbatının artması ilə əlaqədar istismarda olan bir sıra marşrut xətləri üzrə əlavə avtobuslar xəttə buraxılıb:

"Burada məqsəd sərnişinlərin daha tez daşınması, intervalın azaldılmasıdır. Həmçinin “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi məqsədilə ardıcıl layihələr həyata keçirir. Bu məqsədlə yerli və xarici maliyyə institutlarından irihəcmli investisiyalar cəlb edilib və avtobus parkımız əsaslı şəkildə yenilənib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk".

Humay İSGƏNDƏRLİ