"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

 11:42 29.09.2023     439

"Bu ilin 8 ayı ərzində 104 çağrı mərkəzinə 611 min 694 müraciət daxil olub". 

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz" İB-nin Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək jurnalistlərə açıqlamasında bildirib. 

O deyib ki, keçən illə müqayisədə 57 min 853 müraciət az daxil olub: 

"Belə ki, təzyiqlə bağlı 36 min 320, qaz sızmaları ilə bağlı isə 36 min 343 müraciət daxil olub. Məlumat üçün bildirək ki, bu ilin təkcə avqust ayı ərzində 57 min 532 müraciət daxil olub". 

Həmidə İBRAHİMLİ