“İpoteka haqqında” qanuna yenidən BAXILMALIDIR

 12:34 02.10.2023     439

“İpoteka haqqında” qanuna yenidən baxmalıyıq. Qanuna görə, Bakıda və regionda ipoteka qaydaları eynidir. Amma bu, düzgün deyil”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Siyavuş Novruzov bildirib. 

"Gənclərimizin regionda qalmasını, işləməsini, evlənməsini istəyiriksə, onlara müəyyən güzəştlər etməliyik. Bunu da bildirim ki, regionun əmək haqqısı ilə Bakıdakı əməkhaqqı fərqlidir. Bunları da nəzər alaraq, regionda gənclərimizin fəaliyyət göstərməsi üçün bəzi güzəştlər edilməlidir”, - o qeyd edib.

Deputat, həmçinin vurğulayb ki, ünvanlı sosial yardımın effektivliyi ilə bağlı deputatlara məlumat verilməlidir

“Vətəndaşlarımızın bununla bağlı problemləri var. Bizə də məlumat verilməlidir ki, sosial yardımlar vətəndaşa necə kömək edib. Bəzən deyilir ki, vətəndaşın köhnə sovet maşını, altı sot torpağı var, ona görə sosial yardım düşə bilməz. Halbuki həmin vasitələr vətəndaşın əsas qazanc mənbəyidir. Təklif edirək ki, bununla bağlı Milli Məclisdə dinləmə keçirilsin”. – deyə o bildirib.