Lift ödənişləri barədə YENİLİK

 17:05 04.10.2023     353

“Bakıda lift ödənişlərini elektron qaydada ödəmək mümkün olacaq”.

Redaktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktor Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı yeni sistem yaradılıb:

“Bu məsələlərlə məşğul olan bir şirkətlə müqavilə bağlamışıq. Onlar bizə sistemi qurublar.

Vətəndaşlarda kod olacaq və oradan lift ödənişlərini edə biləcəklər. Bu sistemi yaradan şirkətə isə vətəndaşlardan daxil olan ödənişlərdən 0,1 faiz veriləcək. Bu, məsələ tam həll olandan sonra işçilərin də sayı azaldılacaq”.

O qeyd edib ki, sistem ilin sonuna kimi hazır olacaq və artıq test edilir.