"Ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır" - Hicran Hüseynova

 13:18 06.10.2023     294

Ödənişsiz olaraq atalıq məzuniyyətin verilməsi müsbət qarşılanmır.

Redaktor.az xəbər verir ki, bunu deputat Hicran Hüseynova bildirib.

“Ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır”,-deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ