TƏBİB-dən Lənkəran sakinlərinin müraciətinə CAVAB

 14:51 09.10.2023     503

Lənkəran rayonun Kənarmeşə kənd sakinləri tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciətdə rayon sakinləri Kənarmeşə, Seydəkəran və Şilim kəndlərindən birində tibb məntəqəsinin yaradılmasını xahiş edirlər. Bildirirlər ki, üç kəndin heç birində həkim məntəqəsi binası yoxdur.

"Bildiririk ki, Lənkəran rayonun Kənarmeşə, Seydəkəran, Şilim kənd İnzibati ərazi vahidliyi qeyd etdiyim 3 kəndi özündə birləşdirir. Bu üç kəndin heç birində həkim məntəqəsi binası yoxdur. İndiki dövrdə bu məntəqənin olmaması çox gülünc vəziyyətdir. Kənd caamatının evində xəstəsi var, körpəsi var, problemli ailələr var. Onlar adi xəstəni müayinə etdirmək üçün şəhərə üz tutmalı olurlar. Bu həm onların büdcəsinə uyğun gəlmir, həm də xəstənin halının daha da ağırlaşmasına səbəb olur. Dəfələrlə elə hadisələr olub ki, adi təcili yardımın gecikməsindən neçə-neçə insanlar vaxtsız həyatlarını dəyişməli olublar. Biz bilirik ki, bütün kəndlərdə belə məntəqələr var və olmalıdır da. Amma qeyd etdiyimiz kəndlərin heç birində tibb məntəqəsi yoxdur. Kənddə ümumi əhalinin sayı 3540 nəfərdir" -  deyə müraciətdə qeyd olunub.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Lənkəran rayonunun Kənarmeşə, Seydəkəran kəndlərində tibb məntəqəsi var və restrukturizasiya vaxtı da strukturda dəyişiklik edilməyib:

"Şilim kəndində isə əvvəllər də mərkəzi olmayıb, indi də yoxdur. Əhali sayını da nəzərə alsaq, hazırda da tibb məntəqəsinin açılmasına zərurət yoxdur. Tibb mərkəzlərinin yerləşdiyi tikililərin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, Lənkəran rayonunda binasının təmirə və yenidən tikilməsinə ehtiyacı olan müəssisələrin siyahısı baxılması üçün əsaslı təmir və tikinti-quraşdırma işləri üzrə məsul təşkilat olan Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinə göndərilib".

TƏBİB Lənkəran rayonunun Kənarmeşə, Seydəkəran və Şilim kəndlərində ilkin səhiyyə xidməti müəssisələri barədə ətraflı məlumatı da aşağıdakı cədvəldə təqdim edib:

Humay İSGƏNDƏRLİ

2