İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni Azərbaycana qayıtdı - YENİLƏNİB

 16:08 09.10.2023     709

İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Azərbaycana gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat verib.

O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verəcək.

***

10:08

İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Tel-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə gəlib.

Redaktor.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb.