Şəhid xanımından Xumar Qədimovaya dəyərli hədiyyə - VİDEO

 16:49 09.10.2023     275

Vətən müharibəsi şəhidi Taleh Kazımovun həyat yoldaşı Əməkdar artist Xumar Qədimovaya hədiyyə təqdim edib.

Redaktor.az xəbər verir ki, bunu əks etdirən görüntüləri nəğməkar-şair Cəlal Qurbanov instaqram hesabında paylaşıb.

T. Kazımovun xanımı sənətkara şəhidin qol saatını bağışlayıb.

Məlum olub ki, X. Qədimova şəhidimizin ən sevimli müğənnisi olub.