AZAL Bakıdan Pekinə uçuşlara başlayır

 16:44 10.10.2023     236

AZAL dekabr ayının 19-dan Bakıdan Pekinə uçuşlara başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində təyyarəyə minmək üçün mütləq şərtdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.