4 sığorta agentinin fəaliyyəti DAYANDIRILDI
![](https://img.redaktor.az/news/2023/10/photo_218802.jpg)
Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.