Azərbaycanda kifayət qədər tibbi maska ehtiyatı varmı?
![](https://img.redaktor.az/news/2023/10/photo_218910.jpg)
Azərbaycanda oktyabrın 1-i vəziyyətinə görə, 5,5 milyon ədəd hazır tibbi maska ehtiyatı var.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,4 milyon tibbi maska istehsal edilib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.