Sahibkarlarla növbəti görüş Tovuzda KEÇİRİLƏCƏK

 14:24 16.10.2023     224

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 18-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.