Qaz avadanlıqlarındakı nasazlıq barədə müraciətlər daha çoxdur - FOTOLAR

 17:24 17.10.2023     196

Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb.

Redaktor.az xəbər verir ki, ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər.

Şəmkir RQİİ-nin  məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər.

Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

  • “Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR
  • “Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR
  • “Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR