Qazla bağlı suallarınızı "Azəriqaz"a ünvanlayın

 09:37 18.10.2023     219

Oktyabr ayının 18-də saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə Redaktor.az-a qurumdan bildirilib.

Abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciət edə bilərlər.