50 min 479 yeni abonent qeydiyyata alınıb
"1 oktyabr 2023-cü il tarixinə SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 561 740 nəfərə çatıb".
Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Onun sözlərinə görə, əhali sektoru üzrə abonentlərin sayı 2 520 082, qeyri-əhali sektoru üzrə isə 41 min 658 abonent təşkil edir:
"Onu da bildirək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 50 min 479 yeni abonent qeydiyyata alınıb".
Həmidə İBRAHİMLİ