Bu qədər məscidə 5000m³ əvəzsiz qaz limiti ayrılıb
2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 597 731 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 63,4 %) qazdan istifadə edib.
Redaktor.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuata açıqlamasında bildirib.
O deyib ki, 811 467 abonent 20 qəpik tarifilə (ümumi abonentlərin 32,2%), 110 884 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 4,4%) qazdan istifadə edib.
Qeyd edək ki, həmin dövr ərzində Respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000m³ limit ayrılıb.
Həmidə İBRAHİMLİ