Bu qurum əhali ilə müqavilələr bağlamağa başladı - FOTO

 10:45 23.10.2023     396

Əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir:

"Bununla əlaqadar olaraq "Azəristiliktəchizat" ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.

"Azəristiliktəchizat" ASC-nin əməkdaşları müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" ASC və istehlakçı arasında müqavilə imzalanır".

Qeyd edilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Əhali ilə müqavilələrin bağlanılmasına başlanıldı - Nazirlər Kabinetinin qərarı işə düşdü (FOTO)