Sumqayıtda bu 3 yataqxana söküləcək

 16:12 24.10.2023     313

Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək.

Redaktor.az bu barədə Sumqayıt Şəhər İcra hakimiyyətinə istinadən xəbər verir.

Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.