Bakının bu küçəsində sıxlıq müşahidə olunur
![](https://img.redaktor.az/news/2023/10/photo_220318.jpg)
Hazırda paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində sıxlıq yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd olunub ki, sıxlığa səbəb Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılmasıdır.