"Qızlarımız ən azı peşə təhsili almalıdırlar" - Komitə sədri

 11:58 25.10.2023     238

Peşə təhsili alanların arasında qızların sayı artmalıdır.

Redaktor.az xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, elə peşələr seçmək lazımdır ki, yuxarı sinfə gedə bilməyən qızlar məhz orada təhsil ala bilsinlər.

“Ən azı əlində sənədi olsun ki, gələcəkdə özü öz ayaqları üzərində dayana, ailəsini dolandıra bilsin. Bu sahədə işləri gücləndirmək lazımdır. Artıq bu istiqamətdə işlər gedir”, - deyə o əlavə edib.