“Onlar əsgərlikdən qayıtdıqdan sonra iş tapa bilmirlər” - Deputat

 12:04 25.10.2023     362

“Ali təhsil müəssisələrinə daxil olmayan oğlanlar əsgərlikdən qayıtdıqdan sonra iş tapa bilmir. Çünki nə sənətləri, nə peşələri olur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Sədaqət Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qızlarda da vəziyyət fərqli deyil:

“Belə gənclər 11 ildən sonra peşəsiz orduya çevrilir. Hamı ali təhsilli ola bilməz ki... Belə gəncləri peşə təhsili sahəsinə yönəltmək lazımdır”.

Deputat hesab edir ki, peşə təhsili pulsuz olmalıdır.

“Ora daxil olan gənclər bəzən təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil ocaqlarını tərk edirlər”, - deyə S.Vəliyeva qeyd edib.