"Bizdə də şənbə-bazar qadınlar işləməsin” - Deputat

 12:25 25.10.2023     374

“Binə qəsəbəsində uşaqlar dönərdən zəhərlənib xəstəxanaya düşüblər”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Rauf Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bildirib.

“Bu nə qədər davam edəcək?! Belə müəssisə işlədən şəxsləri tuturlar, obyektləri bağlayırlar? amma bu? davam edir. Bəlkə komitə olaraq bir bəyanatla çıxış edək?”, - deyə deputat sual edib. 

R.Əliyev qeyd edib ki, Avropada qadınlar 5-ci gün evə daha tez gedir: “Buna səbəb kimi qadınların övladları ilə daha çox vaxt keçirməsi, onların tərbiyəsi ilə məşğul olması göstərilir. Təklif edirəm ki, bizdə də şənbə-bazar qadınlar işləməsin”.

Komitə sədri Hicran Hüseynova isə əlavə edib ki, uşaqların tərbiyəsi ilə ata-ana birgə məşğul olmalıdır: “Bu məsuliyyəti tək ananın üzərinə atmaq olmaz”.