Sürücülərin nəzərinə - Bu küçədə DİQQƏTLİ OLUN

 11:43 26.10.2023     294

Bakıda yolun təmiri sıxlığa səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, Səməd Vurğun küçəsinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissədəki yolda təmir işləri aparılır. Sürücülərdən qeyd olunanları nəzərə almaları xahiş edilir.