“Azəriqaz” media və QHT nümayəndələri ilə görüşəcək

 15:14 26.10.2023     349

“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.

Redaktor.az xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 27 oktyabr saat 11:00-da başlayacaq.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Vumart və Güvən reklamı Vumart Güvən