Oktyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənildi
![](https://img.redaktor.az/news/2023/10/photo_220554.jpg?v=MTU6NTAyMDIzLTEwLTI2IDE3OjMyOjM4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini başa çatdırıb.
Redaktor.az xəbər verir ki, bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.