Şirvan Ürək Mərkəzində ilk dəfə angioqrafiya müayinəsi icra olunub -  FOTO

 13:11 27.10.2023     252

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə angioqrafiya müayinəsi icra olunub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib. 

Belə ki, 1964-cü il təvəllüdlü pasiyentin ürək damarlarının vəziyyətini müəyyən etmək məqsədilə angioqrafiya (anju) müayinəsi həyata keçirilib. Hazırda pasiyentin vəziyyəti stabildir.

Şirvan Ürək Mərkəzi ən müasir avadanlıqlarla, dərman və dərman vasitələri ilə təchiz olunub. Mərkəzdə Türkiyə, Rusiya və Almaniyada fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən uzman kardioloq və ürək-damar cərrahları çalışırlar.

Qeyd edək ki, burada vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.

2