Gələn il yaşayış minimumu bu qədər OLACAQ
![](https://img.redaktor.az/news/2023/10/photo_220879.jpg?v=MTg6MTcyMDIzLTEwLTMwIDExOjU4OjE0)
2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq.
Redaktor.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Layihəyə əsasən, yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.