"Canlı yayımda cinayət baş verə bilər"

 13:35 31.10.2023     263

Proseslərin gedişi göstərir ki, yaxın zamanlarda canlı yayımda, insanların gözü qarşısında cinayət baş verə bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib.

O bildirib ki, emosialarını idarə edə bilməyən insanları efirdən kənarlaşdırmağa ehtiyac var:

"Əgər şəxs, hər hansı formada öz emosiyalarını idarə edə bilmirsə, könlülü olaraq, efirdən kənarlaşmalıdır. Bu efir sevgisi hardandır belə? Görürsüz ki, mövzular sizin emosiyalanız üçün deyil, dözə bilmirsiz, düşncə tərzinizə, həyat tərzinizə ziddir, çıxmayın! Özünüzü və nüfuzunuzu qoruyun!"

Humay İSGƏNDƏRLİ