Bu iki tərəfli yol bundan sonra bir tərəfli olacaq
![](https://img.redaktor.az/news/2023/10/photo_221043.jpg)
Nərimanov rayonu Sabit Rəhman küçəsi - Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski - Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti - Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib.
Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.