Yol polisinə bu avtomobillərdən verildi - FOTO

 17:08 31.10.2023     362

Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.

Yayılan görüntülərdə avtomobilin "VOLVO S90" modeli olduğu görünür.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.

Azərbaycanda yol polisinə yeni avtomobillər verilib (FOTO)