Noyabrın 2-dək ümumi sutkalıq təbii qazın qəbulunun miqdarı AÇIQLANDI

 11:54 03.11.2023     295

SOCAR “Azəriqaz” İB üzrə 2 noyabr 2023-cü il tarixinə respublika ərazisini əhatə etməklə operativ məlumata əsasən, ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 082 min kub metr təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçər şöbəsinin rəisi Rasim Əhmədov məlumat verib.

O bildirib ki, Bakı və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kub metr təşkil edib:

“Regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kub metr təşkil edib”.

Həmidə İBRAHİMLİ