"Bağçalara verilən ərzaq təminatı məsələsinə diqqət göstərilsə, yaxşı olar” - Zahid Oruc

 12:20 03.11.2023     322

"Gələn ilin dövlət büdcəsində uşaq bağçalarının ərzaq təminatı üçün vəsaitin azaldığı qeyd olunub. Bəlkə də məsələ başqadır, amma buna aydınlıq gətirmək lazımdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Z.Oruc xatırladıb ki, bu gün ölkədə 1 825 uşaq bağçası var: "Bu da o deməkdir ki, ölkədə hər 4 uşağın birinin bağça ilə təminatı var. Ərzaq təminatı ilə bağlı vəsaitin azaldılması məsələsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ona görə də bağçalara verilən ərzaq təminatı məsələsinə diqqət göstərilsə, yaxşı olar”.