“Cərimənin məqsədi dövlətin pul qazanması deyil" - Maliyyə naziri
![](https://img.redaktor.az/news/2023/11/photo_221378.jpg?v=MTg6MDUyMDIzLTExLTAzIDEzOjM2OjUy)
“Cərimənin məqsədi dövlətin pul qazanması deyil. Parkinqlər və s. daha geniş konsepsiyanın tərkib hissəsidir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında bildirib.
Nazir qeyd edib ki, bütün bunlar ictimai nəqliyyatın təkmilləşməsinə xidmət edir: “Naxçıvana ayrılan büdcəyə gəldikdə, düzdür Naxçıvana ayrılan büdcə azaldılıb. Amma buna səbəb Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirlərinin artmasıdır. Burada hər hansı gizli məna axtarmağa ehtiyac görmürəm”.