"Azəriqaz" 9 ay ərzində bu qədər şəhid ailəsi və qaziyə təmənnasız xidmət göstərib

 15:17 03.11.2023     340

8 Noyabr-Zəfər Günü ərəfəsində keçirilən “Açıq qapı” aksiyasında jurnalistlər önünə Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev çıxıb.

Görüşdə əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca mövzuya uyğun olaraq Birliyin cari ilin 9 ayında şəhid  ailələri və qazilərə göstərdiyi xidmətlərin statistikası açıqlanıb.

Redaktor.az xəbər verir ki, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yanvar-sentyabr ayları ərzində 83 müharibə iştirakçısı və 6 şəhid ailəsi üzvünün işlə təmin olunduğunu bildirib.

315 şəhid ailəsi üzvü və 1160 qazi olmaqla ümumilikdə 1475 müraciətin isə həll edildiyini qeyd edən Eldəniz Vəliyev Birliyin həssas qrup üzvlərinə göstərdiyi qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov çıxışında 2 noyabr tarixində ölkə üzrə ümumi sutkalıq qəbul edilən qazın həcmini açıqlayıb. Qurum rəsmisi ötən ilin anoloji dövri ilə müqayisədə 6 milyon kubmetr azlıq təşkil edən bu rəqəmin 14 milyon 82 min kubmetr olduğunu bildirib. Yeraltı ehtiyyat anbarına 2 milyard kubmetr qazın vurulduğunu deyən Rasim Əhmədov əlavə edib ki, fors-major hallarını nəzərə almasaq, SOCAR “Azəriqaz” İB payız-qış mövsümünə tam hazırdır. 

“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.