“Ata uşağına pul vermirsə, dövlətə verəcək?!”

 16:19 03.11.2023     276

“Mən Aliment Fondunun yaradılmasına qarşıyam”.

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri o qədər yüksəkdir ki... Əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun-qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin.

Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də uşaqlar anadan olanda ödənilən birdəfəlik müavinətin artırılmasının isə tərəfdarıyam”.