“İşsizlikdən sığorta alanların staj müddəti azaldılır” - Nazir

 15:09 04.11.2023     376

“Son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər”.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Nazir bildirib ki, bunun da 70 %-i son iki ilin payına düşüb və növbəti dövrlərdə bu say daha da artacaq.

S.Babayev vurğulayıb ki, işsizlikdən sığorta alanların staj müddəti azaldılır: “Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanimzinin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını biraz da artıra biləcəyik”.