“Sosial müavinətlərdə ərzaqların qiymət artımı nəzərə alınsın”

 13:03 06.11.2023     3479

“Əsas problemlərdən biri ərzaq inflyasiyasının 2 rəqəmli həddə qalmasıdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Deputat qeyd edib ki, ola bilər gələn il də bu, belə qalsın: “Buna görə aztəminatlı ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər görməliyik. Samir müəllimdən (maliyyə naziri Samir Şərifov- red.) xahiş edirəm, sosial müavinətlərin artırılmasında ərzaq inflyasiyası nəzərə alınsın”.