Bakıda çalışanların orta aylıq maaşı bu qədər imiş

 16:14 07.11.2023     277

Bakıda çalışanların orta aylıq əməkhaqqısı açıqlanıb.

Bu barədə Redaktor.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb.

Rəsmi məlumata görə, hazırda paytaxt əhalisinin orta aylıq maaşı 1174,7 manat təşkil edir.